Qərb Kiyev üçün yeni planlar hazırlayır

Qərb Kiyev üçün yeni planlar hazırlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah verməkdən imtina edərsə, Qərb dövlətləri Kiyevə dəstəyi davam etdirmək üçün yeni planlar hazırlayır.   

 

Sfera.az “Daily Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə “istəklilər koalisiyası” adlandırılan qrupun Haaqada keçirilən toplantısında gərgin və ümidsiz əhval-ruhiyyə müşahidə olunub.


Adının açıqlanmasını istəməyən Qərb rəsmilərindən biri deyib: “Gəlin realist olaq və ABŞ-nin heç vaxt bu gəmidə olmayacağını qəbul edək”.

 

Qəzetin bildirdiyinə görə, iclasda əsas müzakirə mövzusu ABŞ-nin yalnız məhdud kəşfiyyat sahəsində dəstəyini saxlayacağı ehtimalı fonunda Ukraynaya dəstəyin necə davam etdirilməsi olub. Avropa rəsmilərindən biri qeyd edib ki, iclas iştirakçıları həmçinin Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılmasının vacibliyi barədə ortaq fikrə gəliblər.

Tramp administrasiyasının qeyri-müəyyən mövqeyi Böyük Britaniya və Fransanı atəşkəsdən sonra Ukraynaya qoşun göndərmək planlarından imtina etməyə və Vaşinqtondan asılı olmayaraq uzunmüddətli dəstək strategiyası formalaşdırmağa vadar edib.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...