Rusiyada güclü zəlzələ oldu

Dünya
10:15 / 25.05.2025
9303
Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələnin episentri Altay bölgəsinin Koş-Ağac rayonunda, Qızıl Daş kəndindən təxminən 12 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanlar bölgədəki 10 yaşayış məntəqəsində hiss olunub.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.