Rusiyaya kütləvi PUA hücumu edildi

Dünya
11:15 / 24.05.2025
3285
Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə və bu gün səhər saatlarında ölkənin regionları üzərində Ukraynaya aid 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-ların 64-ü Belqorod, 24-ü Bryansk vilayətləri ərazisində vurulub.
Digərləri isə Kursk, Lipetsk, Voronej və Tula vilayətləri ərazisində zərərsizləşdirilib.