Tanınmış aktyor vəfat etdi - FOTO

Dünya
17:34 / 21.05.2025
3484
Məşhur amerikalı aktyor Corc Vendt 76 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Melissa Nathan məlumat yayıb.
Bildirilir ki, aktyor səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
"Corc hər kəs tərəfindən sevilən bir ailə başçısı və yaxınlarına sadiq bir insan idi. Onu tanıyanlar heç vaxt unutmayacaq."
Qeyd edək ki, aktyor 1948-ci ildə doqquz uşaqdan ibarət ailədə anadan olub. O, təhsilini əvvəlcə Notr-Dam Universitetində alıb, daha sonra isə "Jesuit Rockhurst" kollecinə davam edib.
Vendt "Fletch", "Gung Ho", "Spice World" kimi filmlərdə çəkilmiş, lakin əsas populyarlığını "Cheers" serialındakı Norm Peterson obrazı ilə qazanmışdı.