Deputat intihara cəhd etdi

Deputat intihara cəhd etdi

Sloveniyada müxalifətdə olan Sloveniya Demokratik Partiyasının (SDS) deputatı Andrej Hoivik cümə günü parlament binasının damına çıxaraq özünü yerə atmaqla hədələyib. 

 

Sfera.az xarici mediaya istinadən xəbəd verir ki, hadisə zamanı Hoivik izdiham qarşısında çıxış edərək baş nazir Robert Qolobu da daxil olmaqla heç kimi günahlandırmadığını bildirib.

 

“Bu ölkəyə etdikləri düzgün deyil”, – deyə qışqıran deputatın emosional vəziyyətdə olduğu müşahidə olunub. 

 

Hadisə şahidlərinin sözlərinə görə, Hoivik damda olan bir qadına qışqıraraq, “Zəhmət olmasa, bir addım da atsanız, atlayacam”,- deyə hədə-qorxu gəlib.

 

Hadisə yerinə dərhal polis, yanğınsöndürən və təcili yardım qrupları cəlb olunub. Deputat Hoivik peşəkar xilasedicilər tərəfindən damdan sağ-salamat endirilib. Polis onun və digər şəxslərin hadisə zamanı xəsarət almadığını açıqlayıb.

 

Deputatın bu addımı atmasına səbəb hələ ki, rəsmi olaraq açıqlanmayıb. Lakin yerli media Hoivikin son həftələrdə emosional tükənmə və ağır psixoloji gərginlik yaşadığını, həmçinin ciddi yorğunluq əlamətləri göstərdiyini qeyd edib.

 

SDS partiyasının lideri və keçmiş baş nazir Janez Jansa sosial şəbəkədə Hoiviki dəstəkləyərək, “Andrej Hoivik, dayan, tək deyilsən” paylaşımı ilə çıxış edib. Partiyanın parlament fraksiyası isə məsələ ilə bağlı yaydığı bəyanatda bu sözləri qeyd edib: “Bəzən həyatın bizə verdiyi sınaqlar çox çətin ola bilər. Hər kəsdən anlayış və dəstək gözləyirik”. 

Hadisə ictimaiyyətdə geniş rezonansa səbəb olub. Rəsmi qurumlar hələlik məsələ ilə bağlı əlavə açıqlama verməyiblər.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Avroviziya”da erməni təxribatının qarşısı alındı

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. &n...

Sahibə Qafarova Papanın andiçmə mərasimində iştirak edəcək

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün...

Dəhşətli dolu və daşqınlar nəticəsində İspaniya su altında qaldı - FOTO

İspaniyanın kurortları yenidən su altında qalıb. Turistik bölgələri nadir və təhlükəli təbiət hadisəsi nəticəsində su basıb.    Sfera.az bildiri...

Ərdoğan Tokayevlə danışdı: Nələr müzakirə olundu?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə &ld...

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var.   Sfera.az "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əmək...

İstanbul danışıqlarını müzakirə etdilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xa...