Türkiyədə güclü zəlzələ oldu

Dünya
08:48 / 13.05.2025
4658
Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə – Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.