Əməkdar artist VƏFAT ETDİ

Dünya
20:30 / 12.05.2025
6576
Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.
Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.
Qrebeşkova mayın 14-də Kuntsevo qəbiristanlığında dəfn olunacaq.
130-dan çox filmdə rol almış aktrisa 1950-ci ildə "Cəsur insanlar" filmin ilə kina sahəsində debüt edib. Leonid Qaydayın "Almaz qol", "Oğurluq, Qafqaz üslubu", "12 stul", "Ola bilməz!", "Sportloto-82" filmlərindəki rolları sayəsində geniş şöhrət qazanıb. O, həmçinin “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları” filmində də epizodik rol canlandırıb. Aktrisa rejissor Leonid Qaydayla evli olub.