Qonşu ölkədə güclü zəlzələ oldu

Dünya
09:45 / 01.05.2025
2282
İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-i səhər saatlarında 5 maqnitudalı zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi "Mehr" agentliyinə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət alan və ölən olmayıb. Hadisə yerinə dərhal xilasedici qruplar göndərilib, təbii fəlakətin vurduğu maddi ziyanın miqyası ilə bağlı araşdırmalara başlanılıb.
Zəlzələnin təsiri qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss olunub.