"Kiyevdən siqnal gözləyirik" - Peskov

Dünya
13:53 / 28.04.2025
5062
“Ukraynanın Rusiya ilə birbaşa danışıqları bərpa etməyə hazır olduğuna dair siqnal Kiyevdən gəlməlidir”.
Sfera.az TASS Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Peskov Rusiyanın Vaşinqtondan yox, birbaşa Kiyevdən siqnal gözlədiyini qeyd edib.
“Ən azı bununla bağlı müəyyən addımlar atmalıdırlar. Onların hələ də bununla bağlı qanuni qadağası var. Biz indiyə qədər heç bir tədbir görməmişik”,- o vurğulayıb.
Fidan Hacızadə