Tanınmış aktyor vəfat etdi

Dünya
14:03 / 24.04.2025
1338
Aktor Yavuz Çetin vəfat edib.
Sfera.az xəbər verir ki, Amasyada uzun illər rəsm müəllimi işləyən və daha sonra bir çox film və seriallarda rol alan aktyor Yavuz Çetin dünyasını dəyişib.
Evli və iki övlad atası olan Çetinin üçün cənazə namazı bu gün Amasya Sultan II. Bəyazid məscidində qılınacaq. Mərhum Tekirdede qəbiristanlığında dəfn olunacaq.
O, xüsusilə 2012-2015-ci illərdə dörd mövsüm ərzində oynadığı "İki Dünya Arasında" serialındakı Osman Demir obrazı ilə tanınıb. Son olaraq "Adını Sen Koy" serialında Hilmi Yılmaz obrazını canlandırıb. Yavuz Çetin eyni zamanda "Siccin" seriyası, "Pars: Kiraz Operasyonu", "Kolpaçino", "Kurtlar Vadisi" və "Kaybolan Yıllar" kimi bir çox tanınmış layihədə də rol alıb.