Ən çox kitab oxucusu bu ölkədədir

Ən çox kitab oxucusu bu ölkədədir

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən hər il 23 aprel tarixi “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd olunur.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu tarix Uilyam Şekspir və Migel de Servantesin ölüm tarixi ilə üst-üstə düşdüyü üçün dünya ədəbiyyatında simvolik əhəmiyyət daşıyır. Bu gün münasibətilə dünyanın müxtəlif ölkələrində kitabsevərlərin mütaliəyə həvəsləndirilməsi məqsədilə tədbirlər keçirilir.

 

“World Population Review” və “CEO World Magazine” məlumatlarına əsasən, 2024-cü ildə dünyada ən çox kitab oxunan ölkə ABŞ olub. Vaşinqtonda hər bir insan orta hesabla ildə 357 saat kitab oxuyur ki, bu da təxminən 17 kitab edir. Siyahının ikinci pilləsində Hindistan yer alır. Burada adam başına kitab oxumağa sərf olunan vaxt 352 saatdır. Üçüncü yerdə isə 343 saatla İngiltərədir.

 

Fransa, İtaliya, Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə sırada sonrakı yerləri alır. Ən az kitab oxunan ölkələr sırasında isə Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yer alır. Əfqanıstanda adambaşına ildə orta hesabla cəmi 3 kitab oxunur.

 

Texnologiyanın inkişafına baxmayaraq, ABŞ və Hindistan kimi ölkələrdə hələ də çap olunmuş kitablara üstünlük verilir. 2024-cü ildə ABŞ-də 780 milyondan çox kitab satılıb. Elektron və audio kitablar bazarda yerini qorusa da, satış baxımından çap məhsullarından geri qalır. Amerika Naşirlər Assosiasiyasının məlumatına əsasən, bu ilin ilk rübündə elektron kitab satışlarından təxminən 250 milyon dollar gəlir əldə edilib. Eyni dövrdə çap kitablarının gəliri isə 3 milyard dollara yaxınlaşıb.

 

Dünya üzrə bütün dövrlərin ən çox oxunan kitabları sırasında Quran və İncil ilk sıralarda gəlir. XXI əsrdə isə J.K. Rowling-in “Harry Potter” seriyası və J.R.R. Tolkien-in “Üzüklərin Hökmdarı” əsəri ən populyar kitablar arasında yer alır.


Bundan başqa, dünya ədəbiyyatının klassik nümunələri Migel de Servantesin “Don Kixot”u, Çarlz Dikkensin “İki şəhərin nağılı”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”si, Viktor Hüqonun “Səfillər”i və Fyodor Dostoyevskinin “Cinayət və cəza”sı da hələ də geniş oxucu auditoriyasına malikdir. Çin lideri Mao Tszedunun fikirlərindən ibarət “Sədr Maonun seçilmiş kəlamları” da ən çox oxunan nəşrlər sırasındadır.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...