Google Yaponiyada qadağan edildi

Google Yaponiyada qadağan edilib. Buna səbəb smartfon istehsalçılarına tətbiq edildiyi iddia edilən təzyiqdir.
Sfera.az xəbər verir ki, Yaponiyanın Ədalətli Ticarət Komissiyası, smartfon istehsalçılarına xidmətlərini prioritetləşdirmələri üçün təzyiq göstərdiyinə görə “Google”a qadağa əmri verdiyini bildirib. Əvvəlki xəbərlərdə “Google”un smartfon istehsalçıları ilə bağladığı müqavilələrin axtarış bazarında rəqabəti haqsız olaraq məhdudlaşdırdığı və qərarın tezliklə açıqlanacağı bildirilmişdi.
Yaponiyanın Ədalətli Ticarət Komissiyası daha əvvəl “Google”u ölkənin antiinhisar qanununu pozmaqda günahkar elan etməyə hazırlaşırdı. İndi isə Yaponiyada “Google”a qadağa qoyulması barədə qərar qəbul edilib.
Yaponiyanın rəqabət tənzimləyicisi “Google”ni dayandırıb.
Bu qərarın səbəbi “Google”un smartfon istehsalçılarına öz xidmətlərinə üstünlük vermələri üçün təzyiq etməsi olub. Qərar Yaponiyada ABŞ-ın texnoloji nəhənginə qarşı belə bir ilkdir.
Bundan əvvəl “Google”un Yaponiyada antiinhisar qanunlarını pozduğu iddia edilmişdi.
Ədalətli Ticarət Komissiyasının müfəttişlərinin dediyinə görə, Amerika texnoloji firmasının müqavilələrinə “Google”un axtarış proqramı və “Chrome” brauzerinin Android cihazlarında quraşdırılması üçün ilkin şərtlər daxildir ki, bu da axtarış və brauzer bazarlarında rəqabəti potensial olaraq məhdudlaşdırır.
Aysel