İranda zəlzələ oldu

Dünya
16:43 / 06.04.2025
8301
İranda Fars əyalətinin Lamerd şəhərində yerli vaxtla saat 10:17-də 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Sfera.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Təhlükəsizlik orqanları və xilasedicilər vəziyyəti nəzarətdə saxlayır.