Zelenski Trampla görüşəcək

Dünya
15:27 / 19.03.2025
7100
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Sfera.az "NTV"yə istinadən xəbər verir ki, bu haqda məlumatı Zelenskinin özü açıqlayıb.
Ukrayna prezidenti Finlandiyada keçirilən mətbuat konfransında deyib ki, bu gün Prezident Tramp ilə əlaqə saxlayacaq və növbəti addımları müzakirə edəcəklər.
Zelenski atəşkəsin həyata keçiriləcəyinə ümid etdiyini söyləyib:
"Rusiya Prezidenti Vladimir Putin enerji obyektlərinə hücumlarını dayandıracağına dair verdiyi sözlərə əməl etmir. Reallıqla sözlər ziddiyyət təşkil edir".
Bəsti Rəfizadə