"Ən isti 10 il" açıqlandı

"Ən isti 10 il" açıqlandı

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2015-2024-cü illəri “ən isti 10 il” olaraq qeyd edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın açıqlamasına görə, iqlim dəyişikliyinin təsirləri sürətlə artıb və 2024-cü ildə qlobal temperaturun 1850-1900-cü illər sənayedən əvvəlki dövrlə müqayisədə ilk dəfə olaraq 1,5 dərəcədən çox artıb.

 


Hesabatda qeyd edilir ki, rekord temperatur artımının əsas səbəbi istixana qazı emissiyalarının artmasıdır. Eyni zamanda, planetin temperaturunu soyudan La Nina hadisəsinin El Nino-ya çevrilməsi də bu yüksəlişi sürətləndirib. Günəş dövrəsindəki dəyişikliklər, böyük vulkan püskürmələri və soyuducu aerozolların azalması da temperatur artımına təsir göstərmiş ola bilər.

 

Təşkilat iqlim dəyişikliyi ilə mübarizədə hava, su və iqlim xidmətlərinə sərmayə qoyulmasının daha da vacib olduğunu vurğulayıb.

 

Qeyd edək ki, El Nino fenomeni, Sakit Okeanın ekvatorial bölgəsində dəniz suyunun anormal dərəcədə istiləşməsi ilə xarakterizə olunur. La Nina isə El Nino-nun əksidir, yəni Sakit Okean ərazisində dəniz suyunun anormal dərəcədə soyumasıdır.

 

Fidan Hacızadə 
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan uşaqlardan Heydər Əliyevi soruşdu, xorla cavab verdilər - VİDEO

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyunun 19-u Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsinin açılışında iştirak edib. ...

Silikonlar qadını 22 bıçaq zərbəsindən xilas etdi

Ma adlı 30 yaşlı çinli qadın maşında onu gözləyən cinayətkarın ona 22 bıçaq zərbəsi vurmasından sonra möcüzə nəticəsində sağ qalıb. Gənc qız həyatını ölümcül ya...

Psixi xəstəlikləri buz parçası ilə “müalicə edən” həkim: Volter Friman

Bəzən həkim sadəcə yaxşılıq etmək istəyir... Amma işlər planlaşdırıldığı kimi getməyə bilər. Volter Friman da ruhi xəstəlikləri müalicə etmək istəyirdi, lakin o...

“Honda” kosmik raketini sınaqdan keçirdi - FOTO

Avtomobilləri ilə tanınan Yaponiyanın “Honda” şirkəti təkrar istifadə oluna bilən kosmik raketin prototipini uğurla orbitə çıxarıb və yerə endirib. ...

İndoneziyada 6-cı vulkan aktivləşib - FOTO

İndoneziyada Flores adasında Levotobi vulkanı püskürüb.    Sfera.az bildirir ki, vulkan püskürməsi nəticəsində Bali adalarına onlarla reys təxir...

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi

Tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.   Sfera.az xəbər verir ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb. O, ...