Orban Ukraynadan niyə qorxur? - Səbəb siyasi deyil

Orban Ukraynadan niyə qorxur? - Səbəb siyasi deyil

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə prinsipial olaraq qarşı olmadığını bildirsə də, Budapeşt Brüssel və Kiyev arasında danışıqların başlanmasına mane olur. Rəsmi Budapeşt hesab edir ki, Ukraynanın Aİ-yə daxil olması üçün ölkə tam hazır olmalı və müəyyən qoruyucu mexanizmlər həyata keçirilməlidir. 

 

Politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlamasında bildirdi ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasından qorxur. O qeyd etdi ki, Ukrayna sahib olduğu imkanları ilə Avropada bir çox ölkənin bazarını zəifləmək gücündədir:

 

"Orban hesab edir ki, Ukraynanın üzvlüyü Aİ üçün iqtisadi baxımdan ciddi problemlər yarada bilər. Xüsusilə, Ukraynadan gələn ucuz kənd təsərrüfatı məhsulları Avropa fermerlərinin, o cümlədən macar, polyak və fransız fermerlərinin maraqlarına zərbə vuracaq. Buna görə də Macarıstan rəhbərliyi hesab edir ki, Ukraynanın Aİ-yə daxil olmasından əvvəl ciddi qoruyucu tədbirlər hazırlanmalıdır. Macarıstan artıq iki ilə yaxındır ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edir. Budapeşt Ukraynadan taxıl, ət, yumurta, bitki yağı və tərəvəz də daxil olmaqla 20-dən çox məhsulun Macarıstana idxalını dayandırıb. Eyni zamanda Polşa və Slovakiya da Ukraynadan taxıl tədarükünə müvafiq məhdudiyyətlər tətbiq ediblər".


Politoloqun fikrincə, əslində Macarıstan tək deyil, Avropa İttifaqının bir sıra digər üzv ölkələri də Ukraynanın üzvlüyünə skeptik yanaşır:

 

"Lakin onlar açıq şəkildə etiraz bildirmək əvəzinə, Macarıstanın mövqeyindən istifadə edərək prosesi ləngitməyə çalışırlar. Bu ölkələr Macarıstanı bəhanə gətirərək Ukraynanın Aİ üzvlüyü məsələsini maksimum uzadırlar".

 

Ekspert hesab edir ki, Macarıstanın Ukraynaya qarşı sərgilədiyi mövqe yalnız iqtisadi amillərlə bağlı deyil:

 

"Budapeşt düşünür ki, münaqişə bitmədən və Aİ-nin iqtisadi maraqları qorunmadan Ukraynanın üzvlüyü qəbul edilə bilməz. Ona görə də bu məsələyə təkcə Macarıstanın maraqları çərçivəsində yox, bütövlükdə Avropa İttifaqının strateji baxışı çərçivəsində yanaşmaq lazımdır”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Tramp Putinlə söhbəti çox məhsuldar adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığını çox məhsuldar adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə Tramp &l...

Sudandakı müharibə səbəbindən dünya Coca-Cola, şirniyyat və yogurtsuz qala bilər

Sudandakı müharibə bütün dünyada, o cümlədən ABŞ-da qida və kosmetika istehsalına təhlükə yaradıb. Sudandakı hərbiləşdirilmiş RSF (Sürətli Dəstək Qüvvələri) qru...

İlham Əliyev və Mehriban Əliyeva Ağdərəyə səfər edib – Yeni görüntülər

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ölkə başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb. &nbs...

Gəncədə avtomobil 3 piyadanı vurdu

Gəncədə avtomobil bir neçə piyadanı vuraraq xəsarət yetirib.   Sfera.az-ın məlumatına görə, qəzada yaralanmış üç piyada – 1996-cı il təvəl...

Putin və Tramp İsraillə bağlı razılaşdı

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması barədə razılaşıblar....

Prezidentin sakinlərlə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə gö...