Trampdan Zelenskinin ardınca dəhşətli sözlər

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra təəssüratını sosial şəbəkə hesabında bildirib.
Sfera.az xəbər verir ki, Tramp bu haqda özünün sahibi olduğu “Truth” şəbəkəsində paylaşım edib.
“Bu gün Ağ Evdə çox mühüm görüş keçirdik. Bu cür alovlu və təzyiq altında danışmadan heç vaxt başa düşülməyəcək çox şeylər öyrəndik. Emosiyalar vasitəsilə ortaya çıxanlar heyrətamizdir və mən müəyyən etmişəm ki, Prezident Zelenski Amerikanın iştirak etdiyi təqdirdə sülhə hazır deyil, çünki o, bizim iştirakımızın danışıqlarda ona böyük üstünlük verdiyini hiss edir. Mənə üstünlük lazım deyil, SÜLH istəyirəm. O, Amerika Birləşmiş Ştatlarının əziz Oval Ofisində ona hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”.
Qeyd edək ki, az öncə Tramp və Zelenski arasında Ağ Evdə baş tutan görüş ictimaiyyətin gözü önündə ciddi mübahisə ilə keçib. Daha sonra görüş qapalı davam etsə də, Zelenski Ağ Evi erkən tərk edib və Trampla birgə mətbuat konfransı ləğv edilib.