Saakaşvili qızı üçün narahatdır

Saakaşvili qızı üçün narahatdır

Gürcüstanın 57 yaşlı keçmiş prezidenti Mixail Saakaşvili anası ilə Kiyevdə yaşayan kiçik qızı üçün çox narahat olduğunu bildirib.

 

Sfera.az bildirir ki; Saakaşvilinin sözlərinə görə, qızı anası ilə Kiyevdə çoxmərtəbəli binada yaşayır. Əksər ukraynalılar kimi onlar həyəcan anlarında bomba sığınacaqlarına getmirlər.

 

"Kiçik qızım Jasminka Kiyevdə, hündürmərtəbəli binada yaşayır. Eşitdim ki, hava hücumu siqnalı olanda təəssüf ki, o və anası əksər ukraynalılar kimi bomba sığınacağına getmirlər. Onlar buna öyrəşiblər. Mən bundan çox narahatam" - deyə o bildirib.

 

Qeyd edək ki, qızın anası Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” partiyasından olan deputatı Yelizaveta Yaskodur. O, uşaq haqqında ilk dəfə 2023-cü il iyunun 1-də danışıb. Ukraynalıları Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edərkən qeyd edib ki, müharibə dövründə yeni insan dünyaya gətirmək və böyütmək çox çətindir. O, belə çətin zamanda ilk övladının olacağını təsəvvür edə bilmədiyini deyib.

 

"Uşağım mənim sevgimdir".

 

Yasko paylaşımında övladını özü böyütdüyünə xüsusi diqqət çəkib. O, atasının Saakaşvili olduğunu qeyd etməyib. Onun sözlərinə əsasən isə, söhbətin hazırda Gürcüstanda dəmir barmaqlıqlar arxasında olan siyasətçidən getdiyini təxmin etmək olar.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...