Pakistan aviaşirkəti Avropaya uçuşları bərpa etdi

Pakistan aviaşirkəti Avropaya uçuşları bərpa etdi

Pakistanın dövlət aviadaşıyıcısı PIA Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) dörd illik qadağasının ləğvindən sonra Avropaya uçuşları bərpa edib.

 

Sfera.az xəbər verir ki, aviaşirkətin Böyük Britaniya və ABŞ-yə uçuşları hələ də qadağandır.

 

Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, PIA tezliklə digər Avropa ölkələrinə də uçuşlarını genişləndirəcək.

 

Məlumata görə, PIA təyyarələri Parisə həftədə iki dəfə uçacaq. İlk uçuş üçün biletlər tamamilə satılıb, onları 300-dən çox insan alıb.

 

Avropa İttifaqı (Aİ) 2020-ci ildə PIA-nın uçuşlarını Pakistanın cənub şəhəri Karaçidə “Airbus A-320” təyyarəsinin qəzaya uğraması və 97 nəfərin həlak olmasından sonra qadağan etmişdi.


OXŞAR XƏBƏRLƏR

1 həftə sonra bu bürclər pul yağışına tutulacaq - ŞANSLI DÖRDLÜK

Şanslı bürclər hər ay planetlərin və ulduzların hərəkətinə bağlı olaraq dəyişə bilər.   Sfera.az fevral ayının şanslı bürclərini təqdim edir: &nbs...

Konya şəhərində yaşayış binasının uçması səbəbilə 4 nəfər saxlanılıb

Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber&rdq...

Şəmkirdə ağır qəza - 5 nəfər ölüb + YENİLƏNDİ

  Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Sfera.az bildirir ki, bu barədə "Report&quo...

Azərbaycan-Ermənistan məsələsi Vaşinqtonla bu səbəblə müzakirə olunur- Politoloqdan AÇIQLAMA

Ötən gün ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Telefon danı...

“Mançester Yunayted” futbolçusunu itirdi

İngiltərə təmsilçisi “Mançester Yunayted”in tarixində ən gənc oyunçu hesab olunan Devid Qaskell 84 yaşında vəfat edib.   Sfera.az xəbər v...

Bu rayonlara qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində hava şə...