Təyyarə son anda ağır qəzadan qurtuldu

Təyyarə son anda ağır qəzadan qurtuldu

Yaponiyada təyyarə son anda ağır qəzadan yayınıb.

 

Sfera.az bildirir ki, hadisə Tokioda yerləşən Haneda hava limanında baş verib.  Belə ki, Yaponiya Hava Yollarına (JAL) məxsus JL182 reys nömrəli Boeing 737-800 tipli təyyarənin eniş zamanı sol təkərlərindən biri partlayıb. Buna baxmayaraq, saat 09:25 radələrində təyyarə təhlükəsiz eniş edib.

 

Hadisə zamanı göyərtədə olan 65 sərnişin və ekipaj üzvü arasında ölən və yaralanan olmayıb. Bildirilib ki, təkər dəyişdirildikdən sonra təyyarə yola çıxıb və perrona yaxınlaşıb.

 

Yaponiyanın Nəqliyyat və Turizm Nazirliyi uçuş-enmə zolağının təxminən 25 dəqiqə hava hərəkətinə bağlı qalması səbəbindən 15 reysin təxirə salındığını açıqlayıb. Bu gün eyni təyyarə ilə həyata keçirilməsi gözlənilən 2 reysin ləğv edildiyi bildirilib. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ARTDI

Azərbaycanda evlərin qiymətində artım müşahidə olunur.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiym...

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...