Yaponiyada zəlzələ oldu
Dünya
13:47 / 07.01.2025
2244
Yaponiyada 6 maqnitudalı zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə TASS Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeandakı ucqar Tori adalarında, ocağı isə 420 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.