Rusiyada fövqəladə vəziyyət elan edildi
Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun sədrliyi ilə hökumət komissiyası Kerç boğazına yanacaq axması ilə əlaqədar federal səviyyəli fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, dekabrın 15-də Kerç boğazında iki mazut daşıyan tankerin qəzaya uğraması nəticəsində dənizə yüz min tonlarla mazut dağılıb. İndiyədək yerli səviyyədə fövqəladə vəziyyət elan olunmaqla, fəlakətin səviyyəsinin kiçildilməsinə çalışılıb. Lakin mazutun dağılma dairəsinin genişlənməsi, ayrılan qüvvələrin onun toplanması üçün yetərli olmaması Rusiya hakimiyyətini dövlət səviyyəsində fövqəladə vəziyyət elan etməyə məcbur edib.
Qara dənizin Rusiyanın nəzarətində olan sahillərində mazutla çirklənmiş ərazilərin uzunluğu 300 km-ə yaxınlaşır. Minlərlə quş, dəniz heyvanı, xüsusilə delfinlər tələf olmaqdadır.
Qeyd edək ki, federal səviyyədə fövqəladə vəziyyətin elan olunması nəticələrin aradan qaldırılmasına digər dövlətlərdən yardım alınmasına da imkan verəcək. (Musavat.com)