Zelenski Trampa “birlik” çağırışı edib


Zelenski Trampa “birlik” çağırışı edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan Rusiya ilə bağlı Avropa İttifaqı (Aİ) liderləri ilə birgə hərəkət etməyi xahiş edib.
 

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Brüsseldə keçirilən Aİ liderləri sammitində iştirak edən Zelenski görüşdən əvvəl çıxış edərək, “ABŞ, AB və Avropa qitəsindəki ölkələr arasında birliyə ehtiyacımız var” deyib.
 

Zelenski bildirib ki, "Bizə sülhə nail olmaq üçün birlik lazımdır. Yalnız ABŞ və Avropa birlikdə hərəkət edərsə, onlar Putini dayandıra və Ukraynanı xilas edə bilərlər".
 

Zelenski sammit çərçivəsində NATO-nun baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla da ikitərəfli görüşlər keçirib. Onun sözlərinə görə, Makronla görüşündə Fransanın Ukraynaya hərbi yerləşdirməsini müzakirə ediblər. Fransa lideri bu təklifi ilk dəfə fevral ayında səsləndirib.
 

Brüsseldən Vaşinqtona mesaj
 

Sammit ərəfəsində diplomatlar bildiriblər ki, Aİ liderləri Trampa açıq şəkildə “Avropa Ukraynanı dəstəkləməyə davam edəcək” mesajı verəcəklər. Aİ diplomatları bəyan ediblər ki, sülh sazişi yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət ediləcəyi təqdirdə mümkündür.
 

Əsas gündəliyi Ukrayna olan sammitdə Birliyə üzv ölkələrin liderlərinin Ukraynaya “sarsılmaz dəstəyini” təsdiqləmələri gözlənilir.
 

Tramp vəzifəyə başlayacağı təqdirdə müharibəni 24 saat ərzində bitirəcəyinə söz verib. ABŞ-nin Ukraynaya silah yardımına etiraz edən Tramp NATO-ya da şübhə ilə yanaşır.
 

Rusiya ordusu hazırda Ukrayna ərazisinin beşdə birini işğal edib və aylardır ölkənin şərqində yavaş, lakin davamlı şəkildə irəliləyir.
 

Ukraynanın işğalı ilə yanaşı, Tramp dövründə ABŞ-lə mümkün ticarət müharibəsi də Brüssel sammitində Aİ liderlərinin gündəmindədir. Ölkəsinə qarşı ticarətdə tarazlığın olmasından şikayətlənən Tramp Aİ-dən idxal olunan məhsullara 20 faizə qədər gömrük rüsumunun tətbiq edilməsini istəyir.

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR

Yağış bu tarixdən tam kəsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.    Milli Hidrometeo...

"Apple" şəxsi məlumatları analiz edəcək

ABŞ-nin texnologiya nəhəngi "Apple" süni intellektin vasitəsilə istifadəçi məlumatlarını analiz etməyə hazırlaşır. Şirkət bu prosesi tamamilə məxfi şə...

Təcili yardım maşını da suda batdı- VİDEO

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən su...

Bank kartlarından oğurluğun qarşısını necə alaq? - AÇIQLAMA

Son zamanlar gündəmdə olan məsələlərdən biri də bank kartlarından maliyyə vəsaitlərinin oğurlanmasıdır.   Hər gün artan bu problem insanların böyük m...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Evdən bayıra ÇIXMAYIN! Ölkə gücləndirilmiş iş rejiminə keçdi

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.   Fövqəldə Hallar Nazi...

Ağsuda seldə ölən şəxs rəis imiş

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsa...