Zelenskidən NATO-ya ÇAĞIRIŞ: "Ukraynanı..."

Zelenskidən NATO-ya ÇAĞIRIŞ: "Ukraynanı..."

Ukrayna Prezidenti Volodimir Zelenski savaşla bağlı yeni açıqlamalar verib.

 

Sfera.az bildirir ki, bu barədə o, Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində danışıb. Müharibənin mürəkkəb bir dövrə girdiyinə işarə edən Zelenski bəzi şərtlərin qəbul ediləcəyi təqdirdə Rusiya ilə danışıqlara hazır olduqlarını bildirib.

 

O qeyd edib ki, tərəfdaşlarının müharibədə ölkəsinə dəstəyi kafi deyil. Zelenski həmçinin NATO-nu Ukraynanı üzvlük danışıqlarına dəvət etməyə çağırıb.

 

“Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımı və müharibədə zəbt etdiyi bəzi yerləri zorla geri almaq çətindir. Bu məsələdə diplomatik həll yolları tapmalıyıq”, ölkə başçısı bildirib.

 

Şimali Koreyanın Ukraynaya qarşı Rusiya tərəfində döyüşmək üçün əsgər göndərməsinə gəlincə, Zelenski bu əsgərlərdən bəzilərinin öldürüldüyünə diqqət çəkib: “Rus ordusunun Şimali Koreya əsgərlərinə təlim keçməsinin Asiyada böyük təsirləri olacaq”.

 

Ukrayna prezidenti əlavə edib ki, ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp və komandası savaş üzərində işləyir.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...

Keniyada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTO

Keniyada Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşl...

Hakan Fidan: Putin, Tramp və Zelenskinin bir araya gəlməsi...

"Əvvəlki görüşdə tərəflərin razılaşdığı əsir mübadiləsi baş tutub. Liderlərin görüşü üçün nələrin edilə biləcəyi ilə bağlı ilkin hazırlıqlar görülüb."...