Türkiyədə güclü zəlzələ oldu
Dünya
23:30 / 29.11.2024
2145
Türkiyənin Antalya şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, saat 22.13-də baş verən təkanların episentri Antalyanın Qazipaşa rayonu olub.
Zəlzələ yerin 34,79 kilometr dərinliyində qeydə alınıb.