Kipr NATO-ya üzv olmaq istəyir
Avropa İttifaqı (Aİ) üzvü olan Kipr Respublikasının Prezidenti Nikos Hristodulidis, ölkəsinin NATO-ya üzv olmaq istədiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Hristodulidis, ölkəsində bir radio proqramına qatılaraq, NATO üzvü olan Türkiyənin bu istəyə qarşı çıxacağını bildiklərinin fərqində olduqlarını, amma buna baxmayaraq, Qərb müdafiə ittifaqına qatılmaq üçün düzgün zamanda müraciət edəcəklərini bildirib. Ankaranın, adanın hələ də bölünmüş vəziyyətdə olduğunu və şimalda yaşayan Kipr türklərinin qərar qəbuletmə proseslərinə daxil edilmədiyi müddətcə bu cür üzvlüyə əsasən qarşı çıxdığı məlumdur.
Mövzu ilə bağlı bir suala cavab verən Milli Müdafiə Nazirliyi mənbələri, Kiprin tələbinin "qəbulolunmaz" olduğunu qeyd edərək, NATO-nun genişlənməsinə dair qərarların yalnız yekdilliklə alına biləcəyini vurğulayıb. Açıqlamada həmçinin, "Bu təşəbbüs Kipr məsələsindəki həssas tarazlığı pozacaq və həllə yönəlmiş danışıqlar proseslərinə mənfi təsir göstərəcək" ifadəsinə yer verilib.
Kipr Respublikasının, Ankaranın bütün etirazlarına baxmayaraq Vaşinqtonla hərbi əməkdaşlığını gücləndirməsinin səbəbinin də NATO üzvlüyü olduğunu vurğulayan prezident Hristodulidis, ABŞ Hava Qüvvələrinə öz torpaqlarında bir hava bazası verəcəklərini qeyd edib.
İnci