Türkiyə aeroportlarında problem yarandı


Türkiyə aeroportlarında problem yarandı
Kateqoriya məlum deyil26.11.24, 16:232230 👁️
T

Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Havahaber" məlumat yayıb.

 

Noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.

 

Problemlə bağlı sərnişinlərə səsgücləndirici vasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradan qaldırılıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...