İmran Xan azadlığa buraxıldı

İmran Xan azadlığa buraxıldı

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və "Təhrik-i-İnsaf" ("Ədalət naminə hərəkat") müxalifət partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə "Dawn" qəzeti məlumat verib.

 

Məlumata görə, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.

 

Xatırladaq ki, keçmiş baş nazir və onun həyat yoldaşı Buşra Bibi iyulun 13-də həbs ediliblər. Daha sonra Buşra Bibi girov müqabilində azadlığa çıxa bilsə də, İmran Xanın həbsinin davam etməsinə qərar verilib.

 

Qeyd edək ki, İmran Xan və Buşra Bibinin həbs olunmaları onların xarici hədiyyələri qeyri-qanuni satmaları ilə bağlıdır. Hədiyyələr arasında 7 ədəd "Graff" və "Rolex" saatları, o cümlədən 10 ədəd brilyant və qızıldan ibarət zinət əşyaları da var. Ehtimal edilir ki, bu zinət əşyaları dövlətin "Toşaxana" anbarına təhvil verilməyib və cütlük tərəfindən satılıb.

 

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Bu onun səlahiyyət müddətinin bitməsinə bir il qalmış baş verib. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur - İddia

“WhatsApp”ın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.   Sfera.az Metbuat.az-a istinadla xə...

Nazirlik 255 minə avtomobil alır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xüsusi təyinatlı tibbi avtomobil sifariş edəcək.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, alınaca...

Vəfa Şərifova verilişə 400 minlik "Gelandewagen"i ilə gəldi – VİDEO

  Müğənni Vəfa Şərifova bahalı avtomobili ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, sənətçi lüks maşını ilə Xəzər TV də yayımlanan &...

Halı pisləşən 2 yaşlı uşaq yolda öldü

Səhhəti ilə əlaqədar Göygöl rayonundan Bakıya gətirilən iki yaşlı uşaq yolda ölüb.   Sfera.az xəbər verir ki, hadisə dünən saat 20 radələrində Kürdəm...

Azərbaycan - Gürcüstan münasibətləri uğurla inkişaf edir

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətləri...

DİM-dən imtahanda iştirak edəcək şagirdlərə xəbərdarlıq

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülm...