Yaponiya hökuməti növbəti Baş nazir seçkiləri ərəfəsində İSTEFA VERDİ

Yaponiya hökuməti növbəti Baş nazir seçkiləri ərəfəsində İSTEFA VERDİ

Şigeru İşibanın rəhbərlik etdiyi Yaponiya hökuməti oktyabrın 27-də keçirilən növbədənkənar seçkilərdən sonra parlamentin növbədənkənar sessiyası zamanı baş nazirin namizədliyi ilə bağlı səsvermə öncəsi istefa verib.

 

Sfera.az xəbər verir ki, seçkilərin nəticələri Liberal Demokrat Partiyası (LDP) və Komeito Partiyasının hakim koalisiyasının parlamentin əsas aşağı palatasında çoxluğunu itirməsinə səbəb olub. 

 

Bununla belə, müxalifət daxilindəki fikir ayrılıqlarının hələ də İşibanın Baş nazir seçilməsini təmin edəcəyi və ona azlıq hökuməti qurmağa imkan verəcəyi gözlənilir.

 

İşiba seçilərsə, bir gün ərzində ikinci hökumətini quracaq. Oktyabrın 27-də keçirilən seçkilərdə yenidən seçilməyən nazirlər istisna olmaqla, kabinetin tərkibinin faktiki olaraq dəyişməz qalacağı gözlənilir. Keysuke Suzuki ədliyyə naziri, Taku Eto isə Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edəcək. Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri postunun Hiromasa Nakanoya keçməsi gözlənilir.Yeni hökumətin tərkibi günün ikinci yarısında imperator Naruhito tərəfindən təsdiqlənəcək. 

 

Qeyd edək ki, İşiba sentyabrın 27-də o vaxtkı hakim LDP-nin lideri seçildi. Oktyabrın 1-də vəzifəsinin icrasına başladı və xalqın razılığını almaq üçün oktyabrın 27-nə növbədənkənar seçkilər təyin edərək, parlamentin aşağı palatasını dərhal buraxdı. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR