BMT TŞ-nin təcili iclası çağırıldı
Əlcəzair, Böyük Britaniya və Fransa Qəzza zolağında humanitar vəziyyəti müzakirə etmək üçün bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Qəzzanın şimal hissəsində humanitar vəziyyət dəhşət doğurur. BMT-nin məlumatına görə, son iki həftə ərzində ora demək olar ki, ərzaq yardımı daxil olmayıb. İsrail mülki şəxslərin müdafiəsini təmin etməli və humanitar yardımın çatdırılması üçün yolları açmalıdır. Biz bu problemi həll etmək üçün fransız və əlcəzairli həmkarlarımızla birlikdə bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmışıq”, - məlumatda qeyd olunub.
Onlar humanitar yüklərin çatdırılmasını təmin etmək üçün dərhal atəşkəsə çağırıblar.