Tramp: Rusiya, Çin və ABŞ nüvə silahından imtina etməyə yaxın idi


Tramp: Rusiya, Çin və ABŞ nüvə silahından imtina etməyə yaxın idi

ABŞ prezidentliyinə namizəd və Ağ Evin keçmiş rəhbəri Donald Tramp bildirib ki, onun prezidentliyi dövründə Rusiya, Çin və ABŞ nüvə silahından tamamilə imtina edə bilər, ən azı tərəflər buna yaxındırlar.
 

Sfera.az xəbər verir ki, o, YouTube kanalına müsahibəsi zamanı bunu deyib.
 

“Biz nüvə silahlarından tamamilə qurtulmaq üçün saziş bağlamağa yaxın idik, bu, çox gözəl olardı”, - deyə Tramp bildirib.
 

O əlavə edib ki, üç dövlət arasında təklif olunan saziş daha sonra digər ölkələrə yayıla bilər.
 

“Biz nüvə silahlarından qurtulmağı planlaşdırırdıq, onlar çox güclüdür, onların sayı həddən artıq çoxdur”, - ABŞ-nin keçmiş prezidenti vurğulayıb.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Vaşinqton nüvə silahı sınaqlarını bərpa etmək qərarına gələrsə, Moskva güzgü kimi cavab verəcək. O, ABŞ-nin eyni sınaqları həyata keçirəcəyi təqdirdə Rusiyanın nüvə sınaqları keçirəcəyini bildirmişdi.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...