İsveçrə və İtaliya Alp dağlarında ortaq sərhədlərinə yenidən baxacaqlar
İsveçrə Konfederasiyası və İtaliya hər iki ölkənin sərhədinin bir neçə hissəsinə yenidən baxmağa razılaşıb. Bern artıq sazişi təsdiqləyib, İtaliya isə bu sənədi hələ imzalamayıb.
Sfera.az xəbər verir ki, İsveçrə və İtaliya Alp dağlarında iqlim dəyişikliyi səbəbindən sərhədləri nəzərdən keçirəcək.
Alp dağlarında iqlim dəyişikliyi Bern və Romanı ortaq dağ sərhədlərinin bir neçə hissəsini yenidən nəzərdən keçirməyə məcbur edir. Müqavilənin yekun mətni İtaliya tərəfindən ratifikasiya edildikdən sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, iki dövlət arasındakı sərhədin bir hissəsi “əbədi qar ərazisi” adlanan ərazidə yerləşir. Buzlaqların aktiv əriməsi səbəbindən ölkələr arasında sərhəddə təbii dəyişiklik baş verib ki, bu da Bern və Romanı bu məsələni yenidən həll etməyə məcbur edib.
Yeni delimitasiya Roza Yaylası, Karrel sığınacağı və Qobba di Rollin bölgəsində baş verəcək. Hər üç ərazi Matterhorn dağına və İsveçrənin məşhur Zermatt kurortuna yaxındır.
Xatırladaq ki, İsveçrə-İtaliya sərhədinin dəyişdirilməsi hər iki ölkəyə xüsusi təbii ərazilərin mühafizəsinə cavabdeh kimin olduğunu müəyyən etməyə kömək edəcək.
Aysel
Sfera.az