“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evində ölü tapılıb. 

 

Sfera.az bildirir ki, polisin məlumatına görə, cinayəti törədən şəxs qurbanı əvvəl boğub,daha sonra meyiti doğrayıb. Əl blenderi ilə bəzi hissələri əzilən meyit, kimyəvi tərkibdə həll edilib.

 

Həyat yoldaşını öldürməkdə şübhəli bilinən Tomasın azadlığa buraxılması ilə bağlı müraciəti isə Lozanna Federal Məhkəməsi tərəfindən rədd edilib. Hakim Tomasın sərbəst buraxılmamasına qərar verib.

 

 

Federal Məhkəmənin qərarına əsasən, cinayətkar "psixi xəstəliyin spesifik əlamətləri" göstərib. Baselland Məcburi Məhkəməsi artıq şəxsin həbsdən azad edilməsi tələbini və apellyasiya şikayətini rədd edib. Federal Məhkəmə aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Kristina ideal ailə həyatını nümayiş etdirdiyi üçün modelin əri tərəfindən belə vəhşicəsinə öldürülməsi hər kəs üçün əsl şok olub.

 

Ertəsi gün polis onun ərini şübhəli şəxs qismində saxlayıb.

 

 

Tomas, mart ayında cinayətin yenidən canlandırılması zamanı Kristinanı öldürdüyünü etiraf etsə də, daha sonra hökm oxunarkən müstəntiqlərə bıçaqla hücum edən qadından özünü müdafiə etdiyini iddia edib. Daha sonra yoldaşının cəsədini camaşırxanada tapdığını və çaxnaşma içində onu parçaladığını bildirib.

 

Məhkəmə-tibbi ekspertizası kişinin özünümüdafiə iddialarını təkzib edib. Ekspertlər Tomasın qurbanı öldürdüyü və sonra cəsədini parçaladığına qərar veriblər. 

 

“Onun 13 fevral 2024-cü il tarixindəki bütün davranışı ərizəçinin bəzən sadist-sosiopatik xüsusiyyətlərə malik zorakılıqdan istifadə etmək istəyindən xəbər verir”- hesabatda deyilir.

 

Əvvəlki araşdırmalara görə, cinayəti törətdiyi iddia edilən şəxs həyat yoldaşını öldürdükdən sonra yüksək soyuqqanlıqla cinayəti ört-basdır etməyə çalışıb.

 

O da məlum olub ki, Tomas əvvəllər də Kristinaya qarşı zorakılıq nümayiş etdirib və onu dəfələrlə boğub.

 

Kristina Yoksimoviç “Miss Şimal-Qərb İsveçrə” müsabiqəsinin qalibi, 2007-ci ildə “Miss İsveçrə”müsabiqəsində finalçı oldu. Daha sonra podiumda məşqçi kimi öz biznesini quran Kristina 2013-cü ildə “Miss Universe” müsabiqəsi üçün model Dominique Rinderknechtə mentorluq da edib.

 

Modellərlə yanaşı, Kristina işgüzar qadınlara da dərs deyib: o, onlara özlərini düzgün təqdim etməyi, ünsiyyət bacarıqlarını və üslubu öyrədib.

 

Əslən Binningendən və serb olan Kristina 2017-ci ilin avqustunda Tomasla evlənib. Onlar sosial şəbəkələrdə iki qızı ilə ideal bir ailə həyatını nümayiş etdiriblər. Qızlar hazırda nəzarət altındadır.

 

 

Ölümündən bir neçə həftə əvvəl, Kristina Yoksimoviç “İnstaqram”da özünü və Toması etiketləyərək, Luzern gölündə “cütlük qaçışı" haqqında paylaşım da edib. Dostların dediyinə görə, faciədən bir müddət əvvəl həyat yoldaşları arasında münasibətlərdə böhran yaranıb.

 

Aysel

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...