Müqəddəs Terezanın cəsədi 500 ildən sonra olduğu kimi qalıb: Katoliklər isə bunu ... - FOTO

Müqəddəs Terezanın cəsədi 500 ildən sonra olduğu kimi qalıb: Katoliklər isə bunu ... - FOTO

İspaniyada 1582-ci ildə vəfat edən Müqəddəs Avilalı Müqəddəs Terezanın qalıqları eksqumasiya edilib. Onun hətta üz cizgiləri də olduğu kimi qalıb. Mütəxəssislər cəsədin mükəmməl şəkildə qorunduğunu bildirirlər. 

 

Sfera.az bildirir ki, tədqiqatlar çərçivəsində komanda müqəddəs Terezanın qalıqlarının 1914-cü ildə çəkilmiş fotoşəkillərini bugünkü vəziyyətini müqayisə edib. Nəticədə, ekspertlər Teresanın üzünün hələ də aydın göründüyünü aşkar ediblər. 

 

Qeyd edək ki, mərmər sarkofaqda olan gümüş tabut Müqəddəs Terezanın qalıqlarını, xüsusən də həyatı boyu onu narahat edən sağlamlıq problemlərini araşdırmaq üçün açılıb. Terezanın cəsədi İspaniyanın Avila Yeparxiyasının ordeninin postulat generalı Mark Çiesin göstərişi ilə eksqumasiya edilib.

 

Kilsə əməkdaşları eksqumasiyanın nəticələrini sosial şəbəkələrdə paylaşıblar. Katoliklər Terezanın bədəninin çürüməz olmasını. möcüzə adlandırıblar.

 

Terezanın məzarı açıldıqdan sonra həkimlər komandası onun 1914-cü ilə aid qalıqlarının fotoşəkilləri ilə hazırkı vəziyyətini müqayisə edib. Lakin ekspertlər etiraf edirlər ki, əvvəllər çəkilmiş fotoşəkillər ağ-qara olduğundan müqayisə aparmaq bir qədər çətindir.

 

Tədqiqat qrupu hələ nə 1914-cü ilə aid, nə də bu günə aid fotoşəkilləri paylaşmayıb. Onlar araşdırmaları tamamlandıqdan sonra fotoşəkillər paylaşmağı planlaşdırdıqlarını bildiriblər.

 

Katoliklər Müqəddəs Terezanı valideynlərini itirmiş, qayğıya ehtiyacı olan insanların, eləcə də dini təriqətinə görə təqib edilənlərin himayədarl adlandırırlar.

 

Yaşadığı müddətdə Avilalı Tereza İspan rahibəsi olub. O, 1970-ci ildə Kilsənin Doktoru kimi müqəddəsləşdirilən ilk qadın olub. Bu şərəf mərhum müqəddəslərə kilsənin təlimlərinə əhəmiyyətli töhfələrinə görə verilir. Müqəddəs Terezaua 1622-ci ilin martında müqəddəs titulu verilib.

 

Məhz o zaman onun cəsədi sonuncu dəfə eksqumasiya edilib, qalıqları "qüsursuz" kimi təsvir olunmağa başlayıb.

 

Tədqiqatın müəllifləri Müqəddəs Terezanın cəsədinin necə bu qədər yaxşı vəziyyətdə saxlanıldığını öyrənmək istəyirlər. Tədqiqat hələ cəsədin təhlilinin ilkin mərhələsindədir. Qalıqlar qapalı otağa köçürülüb. Burada həkimlər və alimlər vizual müayinə keçirəcək, fotoşəkillər çəkəcək və cəsədin rentgenoqrafiyasını aparacaq.

 

Bundan sonra nümunələr İtaliyadakı laboratoriyaya göndəriləcək. Burada toplanmış məlumatların işlənməsi və nəticələrin ictimaiyyətə açıqlanması bir neçə ay çəkəcək.

 

İndiyə qədər alimlər Müqəddəs Terezanı həyatının son illərində ona əzab verən xəstəliklərdən birini müəyyən etdiklərini deyirlər. Bu xəstəlik, daban sümüyünün plantar səthində sümük böyüməsidir. 

 

Müqəddəs Terezanın qıcolma, mədə problemi, başgicəllənmə və huşunu itirmə kimi xəstəliklərdən də əziyyət çəkdiyi məlumdur. Müqəddəs Tereza xatirələrində Allahla əlaqənin əlamətləri adlandırdığı sağlamlıq problemlərini mistikləşdirirdi.

 

1582-ci ildə Müqəddəs Tereza köhnə dostunu ziyarət etmək üçün Alba de Tormesə gedib. Yolda xəstələnən Tereza monastıra gəldikdən üç gün sonra vəfat edib.

 

Xanım

Sfera.az 


OXŞAR XƏBƏRLƏR