Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Supermodel, iş qadını və realiti-şou ulduzu Kendall Cenner imicini kökündən dəyişib. 

 

Sfera.az xəbər verir ki, o, şəkillərini İnstaqramda paylaşıb.

 

Model ilk dəfə saçlarını sarıya boyatdıraraq nəticəsini göstərib. O, fotoda qara dəri gödəkçə, köynək və mavi cins şalvarda poza verib. Modelin yeni imici şərhlərdə müzakirələrə səbəb olub.

 

Fotoya “Dramatik transformasiya”, “Niyə belə etdin?”, “Dəhşət”, “Qaraşın kimi daha yaxşı idin”, kimi rəylər yazılıb.

 

Mayın 19-da Kendall Cenner keçmiş sevgilisi reper Bəd Banninin Orlandoda verdiyi konsertdə  görüntülənib. Onun qara köynəkdə sənətçinin pərəstişkarları arasında dayandığı video internetdə yayılıb. Cenner ifaçı ilə birlikdə rəqs edib və mahnı oxuyub.

 

İyun ayında Kendall Cenner və Bəd Banni Parisdəki "Ferdi" restoranına gedərkən paparassilərin diqqətinə tuş gəlib. İfaçı fotoqraflardan çəkinməyib və sevgilisinin ombasına toxunub.

 

Kendall Cenner dünyanın ən yüksək maaş alan modellərindən biridir. O, müxtəlif şoulardan və reklam kampaniyalarından əldə edilən gəlirlə yanaşı, “The Kardashians” ailə realiti-şousunun çəkilişlərində iştirakından da gəlir əldə edir.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...