48 yaşlı nəvə 104 yaşlı nənəsinə aşiq oldu - Məhkəmə belə qərar verdi


48 yaşlı nəvə 104 yaşlı nənəsinə aşiq oldu - Məhkəmə belə qərar verdi

48 yaşlı estoniyalı vəkil Mart Soeson 104 yaşlı təqaüdçü Elfriede Riit ilə romantik münasibətdə olduğunu iddia edərək evlənmək üçün müraciət edib. Lakin, rəsmilər ona inanmayıblar. Məhkəmədə o, sona qədər dürüstlüyünə and içsə də, Avstraliyada qalmaq üçün viza almayıb.
 

Sfera.az bildirir ki, Avstriyaliya Daxili İşlər Nazirliyi Mart Soessonun daimi yaşamaq üçün müraciətini rədd edib.
 

Əslən Estoniyalı olan və İkinci Dünya Müharibəsindən sonra Avropadan Avstraliyaya qaçan xanım Riitin təxminən 40 il Mart Soesonun ana babası ilə evli olduğu bildirilir.


 

Soeson Riit ilə 1996-cı ilin əvvəlində ingilis dilini öyrənmək üçün Avstraliyaya gələndə tanış olub. Qadın onu Bankstaundakı evinə dəvət edib. Vəkil yenidən Estoniyaya qayıtsa da, sonrakı illərdə o, Riiti görmək üçün bir neçə dəfə geri qayıdıb. Beləliklə, onların əlaqələri getdikcə möhkəmlənib.


"Bəli, bilirəm ki, aramızda yaş fərqi var. Bəzi insanlar üçün qadının yaşlı, kişinin gənc olması problemdir. Bu münasibəti dəyişə bilmirəm".
 

 

Cütlüyün 10 ildən çox davam edən münasibəti Soesunun viza almağa çalışdığı vaxt məlum olduqda yerli mətbuatın diqqətini çəkib.
 

2018-ci ilin dekabrında Daxili İşlər Nazirliyi Martın Elfriede ilə münasibətlərinin həqiqi olmadığına görə onun daimi yaşayış üçün müraciətini rədd edib. Estoniyalı bu qərardan kassasiya şikayəti versə də, qərar dəyişməz qalıb.
 

"Həyatımda əskik olan şeyin Elfrida olduğu hissindən qurtula bilmirəm"-deyə Mart and içərək mətbuata bildirib.
 

Həkimin göstərişi ilə Elfrida 2022-ci ilin sentyabrında qocalar evinə köçürülüb. Bu vaxta qədər aşiq cütlük birlikdə yaşayıb. Mart mütəmadi olaraq ortağını ziyarət edir və ona ən çox sevdiyi yeməkləri, xüsusən şokolad və giləmeyvə gətirib. Onlar konsertlərdə birgə iştirak edib, kilsəyə gedib, birlikdə televizora baxıb, dostları ilə qəhvə içməyə və həkim qəbuluna da birlikdə gediblər.


Aprelin 13-də qadın infeksiya və Alzheimer xəstəliyi nəticəsində vəfat edib. Beləliklə, Mart Soesonun da Avstraliyada qalma şansı faktiki olaraq sıfıra enib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...