Makron bu gün Fransanın yeni baş nazirini təyin edə bilər

Makron bu gün Fransanın yeni baş nazirini təyin edə bilər

Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin yeni baş nazirinin təyinatı ilə bağlı qərar verə bilər.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

 

Məlumata görə, Fransa prezidenti hökumət başçısı vəzifəsinə müxtəlif namizədləri nəzərdən keçirməkdə davam edir. Potensial namizədlər arasında keçmiş Avropa komissarı və Böyük Britaniyanın Avropa İttifaqından çıxışı (Brexit) üzrə danışıqlarda birliyin sözçüsü olan Mişel Barnyenin adı var.

 

Makron üçün əsas meyarlardan biri əsas siyasi qüvvələrin yeni kabinetə etimadsızlıq votumu təqdim etməkdən imtinası ilə bağlı konsensusdur. Hazırda “Yeni Xalq Cəbhəsi” sol koalisiyasından olan deputatlar hələ də təklif etdikləri namizəddən – Lüsi Kastedən başqa hər hansı bir namizədi bloklamaqla hədələyirlərsə, ən böyük birpartiyalı “Milli Birlik” qrupu və onu dəstəkləyən Erik Syottinin başçılıq etdiyi respublikaçılar Barnye haqqında hələ birmənalı fikir bildirməyiblər.


OXŞAR XƏBƏRLƏR

Bu yollarda hərəkət çətinləşib

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) isti...

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...