Bloqqerin dünyanın ən qəribə ölkəsi haqqında TƏƏSSÜRATLARI

Bloqqerin dünyanın ən qəribə ölkəsi haqqında TƏƏSSÜRATLARI

“Counting Countries” YouTube kanalının siması Jordan Egberit abunəçiləri ilə Türkmənistandakı səyahətini paylaşıb. Lakin bloqqerin orada qalması onu çaşqın vəziyyətə salıb.



Sfera.az bildirir ki, bloqqer Türkmənistanın paytaxtında küçələrdə qətiyyən insan görmədiyini deyir. O etiraf edib ki, bu səbəbdən qorxunc bir atmosfer yaranır.



"Bu, dünyanın ən qəribə ölkəsidir - heç bir yerdə insanlar yoxdur".



Bloqqer qeyd edib ki, Aşqabad çılğın, dəbdəbəli abidələrlə doludur, lakin heç yerdə nəqliyyat yoxdur.



"Ticarət mərkəzləri və otellər boşdur, ona görə də sual yaranır: paytaxt əhalisinin 900 mindən çox olduğunu nəzərə alsaq, hamı haradadır?"



130-dan çox ölkəni gəzmiş bloqqer buranın indiyə qədər getdiyi heç bir yerə bənzəmədiyini diqqətə çatdırıb.


“Prezident bütün binaların, avtomobillərin ağ rəngdə olmasını tələb edir. Turistlərin hər zaman yanlarında bələdçi olmalıdır, onlara müəyyən yerlərə, şəhərlərə getməyə qadağa qoyulub”.


Jordan sərnişinlərdən daha çox işçisi olduğu görünən hava limanını da ziyarət edib. Daha sonra bələdiyyə strukturlarını, qəbiristanlığı və ənənəvi yurd düşərgələrini gəzib. O, həmçinin bildirib ki, Türkmənistan əksər vebsayt və proqramlara girişi məhdudlaşdırılıb və Wi-Fi faktik olaraq mövcud deyil.
 

"Getdiyimiz hər yerdə, bu məşhur üzgüçülük yeri və hətta məşhur qaz krateri də daxil olmaqla tək idik. Bu heyrətamiz yurd düşərgəsində yalnız biz qalırdıq və hava limanı mühafizəçilərlə doludur, bəs niyə? Restoranlar və küçələr boşdur, hamı da eynidir”-deyə o bildirib.


O, eyni zamanda görüşə bildiyi yerli sakinlərin çox mehriban və qonaqpərvər olduqlarını deyib. Bununla belə, o, etiraf edib ki, ölkədə qəribə və ürküdücü bir atmosfer var.
 

Ölkəni tərk edən keçmiş yerlilərdən biri rahatlığını bölüşərək videoya cavab yerinə:



"Mən oradan gəlmişəm və Allaha şükür edirəm ki, təxminən 20 il əvvəl qaça bildim. O vaxtlar heç də belə deyildi. Sizi içəri buraxdıqlarına təəccübləndim".

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...