Cennifer Lopezdən boşanmaq üçün ilk addım atdı


Cennifer Lopezdən boşanmaq üçün ilk addım atdı

Amerikalı aktyor Ben Afflek onu Cennifer Lopezdən boşanmağa daha da yaxınlaşdıran addım atıb.



Sfera.az bildirir ki, ulduzların dostları Afflek və Lopezin son barışıq cəhdinin də uğursuz olduğunu və boşanma planlarını davam etdirdiklərini deyiblər.



Cütlüyün boşanma sənədləri "tamamlanıb, lakin hələ təqdim edilməyib".



Məlum olub ki, iyulun 24-də, J.Lonun 55 yaşı tamam olan gün Ben “Pacific Palisades”də 20,5 milyon dollara yeni malikanə alıb.



Dostları iddia edirlər ki, aktyorun Cenifferin doğum günündə qəfildən ev alması onun “ürəyinə vurulmuş bıçaq” effekti olub.
 

Ben Afflekin yeni evi




Cütlüyün Beverli Hillsdəki malikanəsi 68 milyon dollara bazara çıxarmasından bir neçə gün sonra Benin yeni ev alması növbəti şaiyələr dalğasına səbəb olub.


Öz növbəsində J.Lo da Nyu-Yorkdakı dörd otaqlı penthausunun satışını 23 milyon dollara tamamlayıb.



"Onlar bir ay əvvəl boşanma sənədlərini yekunlaşdırıblar, lakin doğru vaxtı gözləyirlər"-deyə mənbə bildirib.


Mənbələrə görə, ulduzlar daha sonra bir-birlərini çox sevdiklərindən və evlilik uğrunda necə mübarizə apardıqlarından, lakin evliliyi xilas edə bilmədiklərindən bəhs edən birgə bəyanat yayacaqlar.



"Düzünü desəm, onlar sonda güzəştə gedə bilmədilər. Əvvəlki hisslər bitdi və hər ikisi bunu qəbul etdilər"- başqa bir mənbə əlavə edib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...