Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar.


Sfera.az bildirir ki, meymun sürüsü məktəbə hücum edib. Şahidlərin sözlərinə görə onlar təhsil müəssisəsinin ərazisinə daxil olaraq, damın üstünə çıxıb və sinif otaqlarında olan hər şeyi çevirərək, tələbələrin bel çantalarını gəzdiriblər. Meymunlar anomal istidən təhsil müəssisəsində gizlənib, həm də yemək axtarıblar.
Sakinlərin bildirdiyinə görə, meymunlar tez-tez təhsil müəssisəsinin ərazisinə qalxırlar, lakin əvvəllər onların sayı xeyli az - təxminən altı və ya yeddi olub. Bu dəfə isə sürü ilə gəliblər.
 

Məktəb rəsmiləri uşaqlara sakit olmağı və dərhal bütün qapı və pəncərələri bağlamağı tapşırıb. Çubuqla silahlanmış direktor Liao Yuyun təhsil müəssisəsinin ərazisini şəxsən patrul edib. Onun sözlərinə görə, bu, vurmaq üçün deyil, yerə çırpmaq və heyvanları qorxutmaq üçündür.


"Deyəsən yayın istisindən xilas olmaq istəyiblər və bura gəliblər. Bütün qapı-pəncərələr bağlı olduğundan axırda qaçıblar" - məktəb işçisi deyib.


Bu maraqlı hadisəni şərh edən tələbələrdən biri ironiyasız şəkildə:


“Biz direktordan başqa heç kimdən qorxmuruq, məncə, meymunlar da elədir” - deyib


Bildirilir ki, tayvanlı meymunlar dəstəsinin macəraları bununla da bitməyib. Sonradan qonşuluqdakı dükanlara keçərək soyğunlarını davam etdiriblər.


"Əgər nələrisə götürürlərsə, yaxşısı budur götürsünlər, çünki başqa seçim yoxdur. Kim onlara müqavimət göstərməyə cəsarət edə bilər?" - basqından zərər çəkmiş yerli mağaza sahiblərindən biri bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...