İranda zəlzələ oldu


İranda zəlzələ oldu

İranın cənubunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 207 min nəfər əhalisi olan Sircan şəhərindən 130 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR