Türkiyə sahillərində 7 miqrantın meyiti TAPILDI

17:52 / 09.07.2024
4501
Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, həyata keçirilən xilasetmə məliyyatları nəticəsində həmçinin 7 qanunsuz miqrantın meyiti aşkarlanıb.
Sağ tapılan qanunsuz miqrantların durumlarının normal olduğu bildirilir.