Maykl Ceksonun şimpanzesinin 41 YAŞI OLUR

Maykl Ceksonun şimpanzesinin 41 YAŞI OLUR

Pop kralının ölümünün 15-ci ildönümü ilə bağlı xəbərlərdə indi də onun şimpanzesinin harada və necə yaşaması gündəmə çevrilib. Maykl Ceksonun şimpanzesi Bubbles 41 yaşında heyvan sığınacağında yaşayır.

 

Sfera.az bildirir ki, şimpanze biotibbi laboratoriyada doğulub. 1986-cı ildə Hollivud məşqçisi tərəfindən Maykala verilib. Bubbles bir sıra televiziya şoularında, filmlərdə, kliplərdə çəkilib və hətta müğənni ilə Yaponiyaya da səfərə gedib.

 

Məşhur şimpanze indi Vauchuladakı Böyük Meymun Sığınacağında yaşayır. Qeyd edək ki, şimpanzenin orta ömrü 50-60 ildir. Sığınacağın direktoru Patty Ragan jurnalistlərə bildirib ki, Bubbles burada tunel araşdırmaq, ağacın altında yuva qurmaq, gündəlik günorta yuxusunu almaq və hətta rəsm çəkmək üçün əlavə vaxt da daxil olmaqla bir sıra imtiyazlara malikdir.

 

Şimpanze mütəmadi olaraq baytar, eləcə də baxım işçiləri tərəfindən müayinə olunur. Mərhum Ceksonun keçmiş ev heyvanı qonaqlar və digər heyvanlarla yaxşı münasibət quran mehriban şimpanzedir. Buna səbəb keçmişdə onun heç vaxt istismar olunmamasıdır. Mayklın musiqisi qoruqda vaxtaşırı səslənir, lakin onlar deyirlər ki, Bubbles bu musiqini orada olan digər meymunlardan fərqli qarşılamır.

 

Qeyd edək ki, bu gün 2009-cu il iyunun 25-də kəskin propofol intoksikasiyasından dünyasını dəyişən Pop kralının ölümünün 15-ci ildönümüdür.


Maykl Ceksonun ölümündən sonra uzun illər ailəsi Bubblesa qayğı göstərməyə davam edib. Sonralar vəkili və ailə üzvləri tez-tez qoruğa şimpanzeni ziyarətə gəliblər.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...