Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI - YENİLƏNDİ

Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI - YENİLƏNDİ

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

 

Sfera.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

 

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

 

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

***

 

12:43

 

İrəvanda kütləni maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

 

Sfera.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, bu məqsədlə yaradılan sosial şəbəkə hesablarında ayrı-ayrı şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka təhrik etmək və bunun qarşılığında onlara müxtəlif məbləğlərdə vəsaitin verilməsi məsələləri müzakirə edilib.

 

Məlumatda həmçinin sözügedən paylaşımların mayın 25-dən iyunun 6-dək mütəmadi olaraq edildiyi, eləcə də bu məsələnin həm telefon danışıqları, həm də “Daşnaksütyun” partiyasının ofisindəki toplantılarda gündəmə gətirildiyi bildirilib.

 

Eyni zamanda, istintaqla müəyyən edilib ki, həmin tarixlərdə haqqında bəhs olunan partiyanın yerli təşkilatlarının rəhbərləri arasında insanların mitinqlərə gətirilməsinin təşkilinə dair müəyyən söhbətlər aparılıb.

 

***

 

12:00

 

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.

 

Sfera.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.

 

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.

 

Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...