Stoltenberq Putinin nizamlanma təklifini rədd etdi

NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya lideri Vladimir Putinin bu gün səsləndirdiyi münaqişənin həlli təklifini rədd ediblər.
Sfera.az xəbər verir ki, alyansın baş katibi deyib ki, “qoşunlarını çıxaran Ukrayna deyil, Rusiyadır”. Onun fikrincə, Putinin Ukrayna qoşunlarının Rusiyanın yeni bölgələrindən çıxarılması şərti “xoş niyyətdən xəbər vermir, bu, Rusiyanın hərbi məqsədlərə çatmaq istəyindən xəbər verir”.
“Yəni, bu, sülh təklifi deyil, daha böyük işğalı nəzərdə tutan bir təklifdir”, - Stoltenberq bildirib.
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında o, alyansın Kiyevə hərbi yardımının Ukraynada sülhün bərqərar olmasına və İsveçrədə “sülh sammitinin” uğurla keçirilməsinə töhfə verdiyi barədə fikir bildirib.
İnci
Sfera.az