Bayden oğlunun məhkəmə işinə münasibət bildirdi

Bayden oğlunun məhkəmə işinə münasibət bildirdi

ABŞ prezidenti Co Bayden oğlu Hanterin işi üzrə təqsirli hökm çıxaran münsiflər heyətinin qərarına hörmət etdiyini bildirib.


Sfera.az xəbər verir ki, bu barədə TASS Ağ Ev rəhbərinin geniş bəyanatına istinadən məlumat yayıb.



"Keçən həftə dediyim kimi, mən bu işin nəticəsini qəbul edəcəyəm və məhkəmə prosesinə hörmət etməyə davam edəcəyəm", - Bayden deyib. O, Hanterin hələ də apellyasiya şikayəti verməyi nəzərdən keçirdiyini söyləyib.



Prezident xatırladıb ki, o, təkcə ABŞ prezidenti deyil, həm də oğlu ilə fəxr edən mehriban atadır.



54 yaşlı Hanter Bayden narkotikdən sui-istifadə edərkən qanunsuz olaraq silah əldə etmək və saxlamaqda ittiham olunub. O, günahını etiraf etməyib. Onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.


İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mər...

Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT

Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı internet provayderləri öz saytlarında ya...

Prezident Blenheim sarayına belə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə &ld...

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.   Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin...

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.   Sfera.az xəbər verir ki, A...

Külli miqdarda borcu olduğu deyilən kişinin meyiti tapıldı

Beyləqanda kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində baş verib.   Onun meyiti qəsəbədəki yardımçı...