Türkiyə üzərində təyyarə turbulentliyə düşüb: Yaralılar var 

Türkiyə üzərində təyyarə turbulentliyə düşüb: Yaralılar var 

Qətərin paytaxtı Dohadan İrlandiyanın paytaxtı Dublinə uçan “Qatar Airways”ə məxsus sərnişin təyyarəsi Türkiyə üzərində turbulentliyə məruz qalıb. Hadisə nəticəsində 12 nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, Qətər Hava Yollarına məxsus təyyarə Doha-Dublin reysini həyata keçirərkən Türkiyə hava məkanında turbulentliklə qarşılaşıb.
6 sərnişin və 6 ekipaj üzvü yaralanıb.


Hadisədən sonra təyyarə Dublin hava limanına eniş edib və yaralılara tibbi yardım göstərilib.

 

Xatırladaq ki, ötən həftə də Londondan Sinqapura uçan sərnişin təyyarəsində turbulentlik yaşanıb, bir sərnişin həlak olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişdi

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.   Baş Dövlət Yol...

"Birbank Biznes"in dəstəklədiyi "She’s Next" təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekun...