Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

Dünya
22:00 / 07.05.2024
6431
Ermənistan-Azərbaycan sərhədində 2 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar mayın 7-də saat 20:40-da Şoqakat kəndindən 19 kilometr şimalda qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.