Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skandalı səngiməmiş, Kanye yeni ifşa ilə rüsvay olub. 

 

Sfera.az bildirir ki, yeni müsahibəsində danışan Kanye, həyat yoldaşı Bianka ilə bir məşhurla birlikdə münasibət yaşamaq istədiyini açıqlayıb.

 

Aparıcı Castin Laboy ondan hansı məşhur qadınla birlikdə olmaq istədiyini soruşduqda, reper qəfil: "Mişel Obama”!-deyə cavab verib. 

 

Qeyd edək ki, Kanyenin müsahibələrində bu qadının adını ilk dəfə deyil səsləndirilir. Hələ 2013-cü ildə Kanye, nişanlısı Kim Kardaşyanın prezidentin həyat yoldaşından daha soyuqqanlı olduğunu deyərək, növbəti hiddət fırtınasına səbəb olmuşdu.


Yuxarıda qeyd etdiyimiz kimi, Kanyenin Los-Ancelesdə "No Vacancy", "Good Times at Davey Wayne's", "Black Rabbit Rose" və "Break Room 86" adlı məkanlara sahib olan Mark və Conni Huston əkiz qardaşları ilə ciddi münaqişəsi yaranıb. 


Məlum olub ki, əkizlərin Kanye ilə həyat yoldaşı Bianka Censori üstündə münaqişəsi yaranıb. Reper “Chateau Mormont” otelində kişi ilə mübahisə edib. O, kişinin sevgilisi Bianka Censorini taciz etdiyini iddia edib.

 

Həmin şəxs isə otelinin foyesində Censori ilə qarşılaşıb. Onlar ayrılıblar, kişi isə dostları ilə oturmaq üçün çölə çıxıb.

 

Az sonra Kanye masaya yaxınlaşaraq adamın üzünə yumruq vurub. Polis gələnə qədər isə, oteli tərk edib.


Hüquq-mühafizə orqanları isə qardaşlardan birinin Censoriyə hər hansı bir şəkildə toxunduğuna dair heç bir sübut tapa bilməyib. Çox güman ki, Censori, sadəcə otelin foyesində sıxlıq olduğu üçün kişi ilə toqquşub.

 

Aynl

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...