Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videolarından birində danışıb.

 

Sfera.az bildirir ki, sərvətinin təxminən yarım milyard dollar olduğu təxmin edilən 46 yaşlı dünyaca məşhur İT milyarderi qalmaqallı reputasiyaya malikdir. O, pulunun çox hissəsini gəncliyini qorumaq üçün xərcləyir. Brayan Conson hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyir.


Gənc görünüşünü qorumaq üçün milyonlar xərcləyən texnologiya maqnatı hər gün şokolad yeməyi tövsiyə edir.


Conson son videosunda "Əzrayılı aldatmaq" üçün hər gün şokolad yediyini deyib.

 

"Bəzən özümüz üçün yaxşı olanı etmirik. Düzgün keyfiyyətli kakao növü sağlamlığınız, beyniniz, ürəyiniz və əhvalınız üçün faydalıdır. Əgər yüksək keyfiyyətli şokolad almaq istəyirsinizsə, bir neçə şeyə diqqət yetirin: ilk olaraq , o, təmiz kakao, ikincisi, Hollandiya markası olmaldır. Üçüncüsü isə tərkibində ağır metalların olub olmadığını yoxlayın”.

 

Milyonçu qeyd edib ki, ərzaq supermarketlərə gəlib çatana qədər, onun keyfiyyətini qorumaq üçün müəyyən prosesdən keçirirlər”.

 

Yaşlanma prosesini tərsinə çevirmək fikrinə qapılan Conson hətta bir dəfə öz oğlunun qanını özünə ineksiya şəklində vuracaq qədər irəli gedib. Etdiyi əməl ona mənfi reputasiya qazandırsa da, Conson bunun ciddi məşq və pəhrizi əhatə edən son dərəcə mürəkkəb gündəlik "Layihə Planı” rejiminin bir hissəsi olduğunu bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...